Ağdaş sakinindən narkotik vasitə götürüldü
13-03-2021, 17:11
84

Ağdaş sakinindən narkotik vasitə götürüldü




Ağdaş sakinindən narkotik vasitə götürüldü
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini, əvvəllər də məhkum olunmuş Əziz Əzizov saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman sellofan torbada, çəkisi 900 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
 
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər