Millimiz İran yığmasına məğlub oldu
25-08-2022, 09:08
66

Millimiz İran yığmasına məğlub oldu

İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində İran yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.
 
Marşılaşma rəqib komandanın 5:3 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını Amid Nəzərov, Ramil Əliyev və Tural Qürbətov vurub.
 
Komandalar arasında sonuncu yoldaşlıq oyunu bu gün keçiriləcək.

Oxşar xəbərlər