AFFA bu klubları cərimələdi
1-09-2022, 16:37
60

AFFA bu klubları cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
İcclasda Premyer Liqamızın 4-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
 
“Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı klub 1600 manat cərimə olunub. Həmçinin meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimələnib.
 
“Qarabağ” – “Şamaxı” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.
 
“Səbail” – “Kəpəz” oyununda “Kəpəz” klubunun futbolçusu Rauf Əliyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 5 oyun cəzalanıb. Klub isə 4000 manat cərimə olunub.
 
“Kəpəz” klubunun futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
“Səbail” – “Kəpəz” oyununda stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub.
 
“Qəbələ” – “Sabah” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün isə klub 4000 manat cərimələnib.

Oxşar xəbərlər