Qadın voleybolçularımız Avropada məğlub oldu
3-09-2022, 20:04
52

Qadın voleybolçularımız Avropada məğlub oldu

Voleybolçu qadınlardan ibarət millimiz 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib.
 
D qrupunda yer alan komanda IV turda Sloveniyanı qəbul edib.
 
Bakı Voleybol Mərkəzindəki qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.
 
İlk setdə qonaqlar 25:19 hesabı ilə qalib gəlib. İkinci setdə Azərbaycan yığması bunun əvəzini çıxıb - 25:19. Sloveniya seçməsi üçüncü setdə 25:18, dördüncü setdə isə 25:21 hesabı ilə üstün olub.

Oxşar xəbərlər