Pakistanda daşqınlar nəticəsində 903 nəfər ölüb
25-08-2022, 09:15
62

Pakistanda daşqınlar nəticəsində 903 nəfər ölüb

Bu yay Pakistanda daşqınlar nəticəsində 326 nəfəri uşaq olmaqla 903 nəfər həlak olub.
 
Bu barədə "CNN" telekanalına açıqlamasında Pakistanın İqlim Dəyişiklikləri Məsələləri üzrə naziri Şerri Rehman bildirib.
 
Onun sözlərinə görə, təbii fəlakət səbəbindən minlərlə insan evsiz və yeməksiz qalıb. Bundan əlavə, 3000 kilometrə yaxın yol və 129 körpü zədələnib, 500 mindən çox mal-qara tələf olub.

Oxşar xəbərlər