Pakistanda musson yağışlar nəticəsində 820 nəfər ölüb
23-08-2022, 11:26
52

Pakistanda musson yağışlar nəticəsində 820 nəfər ölüb

Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində 820 nəfər həyatını itirib.
 
Bu barədə Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) məlumat yayıb.
 
Məlumata görə, leysan yağışların səbəb olduğu daşqınlardan 1,8 milyon insan zərər çəkib.
 
Bəlucistan, Pəncab və Sind əyalətlərinin kəndlərində yardım və tibbi müdaxilə düşərgələri yaradılıb. Hazırda yardım düşərgələrinə 317 min 678 nəfər yerləşdirilib.
 
Səlahiyyətli şəxslər seldən zərər çəkmiş bölgələrə ərzaq, çadır və digər mühüm ləvazimatların verildiyini bildirib. Ümumilikdə isə ölkə boyu 60 mindən çox evə ziyan dəyib.
 
Cənubi Asiyada iyun-sentyabr aylarında yağan musson yağışları hər il böyük təbii fəlakətlərə və qəzalara səbəb olur.

Oxşar xəbərlər