Kərbəlada uçqun oldu - Ölənlər var
22-08-2022, 15:34
82

Kərbəlada uçqun oldu - Ölənlər var

İraqın Kərbəla şəhərində uçqun baş verib.
 
Qəttarat İmam Əli türbəsinin damı çöküb.
 
Hadisə zamanı ibadət ocağında xeyli sayda ziyarətçi olub. İlkin məlumata görə, uçqun nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
 
Əraziyə xilasetmə briqadaları və təcili tibbi yardım qrupları cəlb olunub. Uçqun altında qalanların olduğu bildirilir. Xilas edilənlər arasında üç uşaq olub. Ölü sayının artması istisna edilmir. 
 

Oxşar xəbərlər