Prezident daha bir sərəncam imzaladı
Bu gün, 15:53
663

Prezident daha bir sərəncam imzaladı

 







Azərbaycan ilə Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilib və komissiyanın həmsədri səviyyəsi nazir müavinindən nazir statusuna qaldırılıb.
Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla komissiyanın adında və mətnində keçən “Çexiya” sözləri “Çex” sözü ilə əvəz olunub. Eyni zamanda komissiyanın Azərbaycan tərəfindən həmsədri iqtisadiyyat nazirinin müavini Anar Axundovun əvəzinə birbaşa Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi komissiyanın tərkibində və rəsmi adında edilən bu dəyişikliklər barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.




Oxşar xəbərlər