İçərişəhərdə icazəsiz tikinti və bərpa işləri qadağan olundu
Bu gün, 15:52
620

İçərişəhərdə icazəsiz tikinti və bərpa işləri qadağan olundu






 
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki abidələrin toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin müvafiq idarə ilə razılaşdırılmadan aparılması qadağan edilib.
Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə" Fərman imzalayıb.
Fərmana əsasən, qoruğun ərazisində yerləşən abidələrin korlanması, məhv edilməsi və ya "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi də qəti şəkildə qadağan olunub.




Oxşar xəbərlər