Bu ölkə rusiyalı alimlərə sanksiya tətbiq etdi
Bu gün, 12:28
520

Bu ölkə rusiyalı alimlərə sanksiya tətbiq etdi

 
Böyük Britaniya hökuməti Rusiyanın kimyəvi silah proqramının hazırlanmasında iştirak edən alimlərə və elmi-tədqiqat müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiyalar yeddi fiziki şəxs və iki elmi-tədqiqat institutunu əhatə edir. Məhdudiyyətlər çərçivəsində onların aktivləri dondurulub və Böyük Britaniyaya girişlərinə qadağa qoyulub.
Sanksiyalar 2018-ci ildə İngiltərənin Solsberi şəhərində keçmiş rusiyalı casus Sergey Skripal və qızı Yuliyaya qarşı sui-qəsddə istifadə olunan “Noviçok” sinir-iflic maddəsinin hazırlanmasında iştirak edən şəxsləri və qurumları əhatə edir. Həmin hadisə nəticəsində təsadüfən zəhərlənən britaniyalı Don Sturcess həyatını itirmişdi. Yeni məhdudiyyətlərə, həmçinin Rusiya müxalifətinin tanınmış simalarından Aleksey Navalnıya qarşı istifadə olunduğu bildirilən “Epibatidin” toksininin hazırlanmasında iştirak edən şəxslər də daxil edilib.

Oxşar xəbərlər