Şəmkir şəhər Mərkəzi Xəstəxanasının qarşısında olan ağaclara qənim kəsiliblər
2-08-2024, 12:56
58

Şəmkir şəhər Mərkəzi Xəstəxanasının qarşısında olan ağaclara qənim kəsiliblər

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəki şəhər Mərkəzi Xəstəxanasının qarşısında olan ağaclar qırılır. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü birbaşa sözügedən ünvana yollanmışdır. Araşdırma nəticəsində aydın oldu şikayət həqiqətən əsaslı imiş. Məlum oldu ki, ağaclara  həqiqətən qənim kəsiliblər. Hansı haqqla iri və sağlam ağacları kütləvi surətdə qanusuz kəsirlər. Insan nə qədər qəddar ola bilər ki, təmiz havanı bizə bəxş edən ağacları bu günə qoya. Ağacları kökündən çıxarıblar. Əksər hissəsini isə kəsib doğrayıblar.

İnsanlara təmiz hava bəxş edən meşəliyin ağacları kəsilir. Bu özbaşnalığı edən şəxsi görəsən kim himayə edir? Onlara bu tapşırıqları rahat şəkildə icra etməyi kim göstəriş verib?

Hara baxır görəsən Şəki çəhər İcra Hakimiyyəti əməkdaşları, Bələdiyyə sədri, İcra nümayəndəsi. Niyə öz işlərinə bu cür laqeyd və məsuliyyətsiz yanaşırlar. Buradan belə nəticəyə gəlmək olur ki, öz vəsifələrindən sui istifadə edirlər.


Ətraf mühitin qorunmasına görə daim islahatlar keçirən bir ölkənin ekologiyası bu vəziyyətdə olmamalıdır. Təbiətə zərrə qədər xeyri dəyməyən insanlar onun məhv olması üçün əllərindən gələni edirlər. Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Yazıb sizdən xahiş edirik ki, ağacları məhv edən, onlara qarşı kütləvi surətdə soyqırım törədən hər bir şəxs barəsində araşdırma aparıb, lazımi tədbirlər görəsiniz. Bu cür insanlara öz layiq olduqları cəza verilməlidir. Nəzərinizə onu da çatdırmaq istəyirik ki, aşağıda yerləşdirilən video materiallar hər biri sözügedən ərazidə qeydə alınmışdır.

Məsələ ilə bağlı raşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər