Ağaclara, meşələrə qənim kəsilən şəxslər araşdırılmalı və haqqlarında lazımi tədbirlər görülməlidir
29-08-2023, 22:17
60

Ağaclara, meşələrə qənim kəsilən şəxslər araşdırılmalı və haqqlarında lazımi tədbirlər görülməlidir

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Gədəbəy rayon, Qala kənd 10 saylı meşə zolağı qalacanın qabağı, vəng yolunun alt və üst nahiyəsi, həmçinin kələmliyin alt nahiyəsi ərazisində olan meşələr məhv edilir, ağaclar qırılır. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü birbaşa sözügedən ünvana yollanmışdır. Araşdırma nəticəsində aydın oldu şikayət həqiqətən əsaslı imiş. Məlum oldu ki, ağaclara qənim kəsilən şəxs 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəbiyev Vasifdir. Bu şəxs kəndin meşəsindəki iri və sağlam ağacların kütləvi surətdə qanusuz kəsilərək taxta sexlərinə daşınmasına xidmət göstərir. Insan nə qədər qəddar ola bilər ki, təmiz havanı bizə bəxş edən ağacları, meşələri bu günə qoya. Ağacları kökündən çıxarıblar. Əksər hissəsini isə kəsib doğrayıblar.

İnsanlara təmiz hava bəxş edən meşəliyin ağacları kəsilir. Bu özbaşnalığı edən şəxsi görəsən kim himayə edir? Onlara bu tapşırıqları rahat şəkildə icra etməyi kim göstəriş verib?

İndi keçək növbəti əsas məsələyə. Vasif adlı şəxs meşələri, ağacları qorumaq istəyən vətəndaşlara hədə qorxu gəlir. Kənd sakinlərindən aldığımız məlumata görə bu adam əməlli başlı at oynadır. Sakinlərin dəfələrlə aidiyyatı qurumlara şikayət etməsinə baxmayaraq, bu şəxs və onun qanunsuz əməlləri barəsində heç bir ciddi tədbir görülməmişdir. Vasif öz işindən qalmır, günü-gündən bu qanunsuz, şəxsi biznesini böyüdür, öz maddi vəziyyətini yaxşılaşdırır. Onu da qeyd etmək istəyirik ki, Vasif iş həyatında demək olar ki, ətrafına yalnız öz qohumlarını cəmləşdirir. Yad birisini gətirsə öz çirkin əməllərini ört basdır edə bilməyəcək axı.

14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Meşələrin Qorunması və Mühafizəsi üzrə Baş Mühəndis Rzayev Polad Allahverdi oğlunun dediklərinə görə Vasif heç Polad müəllimə də göz verib işıq vermir. Polad müəllimin dəfələrlə səs çıxarıb, şikayət etməsinə baxmayaraq Vasif hər dəfəsində ona hədə qorxu gəlir.

Ətraf mühitin qorunmasına görə daim islahatlar keçirən bir ölkənin ekologiyası bu vəziyyətdə olmamalıdır. Təbiətə zərrə qədər xeyri dəyməyən insanlar onun məhv olması üçün əllərindən gələni edirlər. Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Yazıb sizdən xahiş edirik ki, Vasif adlı şəxs və onun qanunsuz biznesi barəsində araşdırma aparıb, lazımi tədbirlər görəsiniz. Vasif və onun kimi insanlara öz layiq olduqları cəza verilməlidir. Nəzərinizə onu da çatdırmaq istəyirik ki, aşağıda yerləşdirilən video materiallar hər biri bu gün yəni 29.08.2023-cü il tarixində qeydə alınmışdır.

Məsələ ilə bağlı raşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.































































Oxşar xəbərlər