
Dünya / Siyasət
Bu gün, 15:10
641
Ərdoğandan CHP ilə bağlı diqqətçəkən açıqlama - Göstəriş verdi ki...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-də yaşanan daxili çəkişmələrin AK Partiyanı maraqlandırmadığını bildirib.
O, partiya rəhbərliyi ilə keçirdiyi iclasda CHP-dəki rəhbərlik mübarizəsinin həmin partiyanın daxili işi olduğunu vurğulayıb.
Ərdoğan əsas gündəmlərinin “Terrorsuz Türkiyə” prosesi olduğunu qeyd edib və CHP-ni gündəmdə saxlamamaq, diqqəti bu istiqamətdə aparılan işlərə yönəltmək tapşırığı verib:
"İndiyə qədər bu məsələ ilə heç bir şəkildə məşğul olmamışıq və gələcəkdə də olmayacağıq. Ümid edirik ki, ana müxalifət partiyası daxilindəki mənfilik və reaksiyalar demokratiyanı təhlükəyə atmayacaq”.
O, həmçinin “Terrorsuz Türkiyə” ilə bağlı qanunvericilik dəyişikliklərinin sürətləndirilməsinin vacibliyini vurğulayıb



