
Dünya
Bu gün, 09:44
588
"Time" idman dünyasının ən nüfuzlu 100 şəxsinin siyahısını dərc edib
"Time" jurnalı 2026-cı ildə idman dünyasının ən nüfuzlu 100 şəxsinin siyahısını dərc edib.
Siyahıya idmançılar, məşqçilər, jurnalistlər, komanda sahibləri, idman təşkilatlarının rəhbərləri və digərləri daxil edilib.
Siyahı dörd kateqoriyaya bölünüb:
Əfsanələr: basketbolçu Lebron Ceyms, futbolçu Lionel Messi, fiqurlu konkisürən İlya Malinin, tennisçilər Yannik Sinner və Karlos Alkaras, qadın hokkeyçi Mari-Filip Pulen, yüngül atlet Arman Düplantis, sürətli konkisürən Cordan Ştolts və başqaları;
Titanlar: futbolçular Kriştianu Ronaldu və Erlinq Holand, xizəkçi Yohannes Klebo, basketbolçular Viktor Vembanyama və Şey Qilces-Aleksander, beysbolçu Aaron Cadc, hokkeyçi Cek Hyuz, idman şərhçisi Mayk Tiriko və başqaları;
Novatorlar: fiqurlu konkisürən Alisa Lyu, dağ xizəkçisi Lindsi Vonn, marafonçu Sebastyan Save, basketbolçular Ceylen Branson və Kuper Fleqq, "Lion" futbol klubunun prezidenti Mişel Kanq və başqaları;
Liderlэr: tennisçi Arina Sobolenko, "Formula-1" pilotu Kimi Antonelli, FIFA prezidenti Canni İnfantino, darts oyunçusu Lyuk Littler, boksçu Aleksandr Usik, UFC rəhbəri Dana Uayt, Böyük Britaniya şahzadəsi Harri və başqaları.



