Ölkə / Cəmiyyət
13-11-2023, 10:26
80
14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəbiyev Vasif Ekologiyanın qorxulu kabusuna çevrilib. Aidiyyatı qurumlar Vasif müəllimə və onun qanunsuz əməllərinə qarşı niyə tədbir görmürlər?
Ölkəmizdə gündəmin əsas problemlərindən biri hər gün getdikcə artan ağac kəsilməsidir. 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəbiyev Vasif də ağaclara və ekologiyaya qənim kəsilənlərdən biridir.
Bu şəxs iri və sağlam ağacların kütləvi surətdə qanusuz kəsilərək taxta sexlərinə daşınmasına xidmət göstərir. Insan nə qədər qəddar ola bilər ki, təmiz havanı bizə bəxş edən ağacları, meşələri bu günə qoya. Ağacları kökündən çıxarıblar. Əksər hissəsini isə kəsib doğrayıblar.
İnsanlara təmiz hava bəxş edən meşənin ağacları kəsilir. Bu özbaşnalığı edən şəxsi görəsən kim himayə edir? Onlara bu tapşırıqları rahat şəkildə icra etməyi kim göstəriş verib?
Vasif müəllim ümumiyyətlə öz işinə laqeyd, məsuliyyətsiz yanaşan bir insandır. Üzərinə düşən öhtəlikləri layiqincə icra edə bilmir. Vasif öz işindən qalmır, günü-gündən bu qanunsuz, şəxsi biznesini böyüdür, öz maddi vəziyyətini yaxşılaşdırır.
Onu da qeyd etmək istəyirik ki, Vasif iş həyatında demək olar ki, ətrafına yalnız öz qohumlarını cəmləşdirir. Çünki yad birisini gətirsə öz çirkin əməllərini ört basdır edə bilməyəcək.
Dəfələrlə aidiyyatı qurumlara şikayət etməyimizə baxmayaraq bu gün də Vasif müəllimin qanunsuz ağacları kəsmə biznesi hələdə öz axarında davam edir. Bu insana bir dur deyən yoxdurmu?
Ətraf mühitin qorunmasına görə daim islahatlar keçirən bir ölkənin ekologiyası bu vəziyyətdə olmamalıdır. Təbiətə zərrə qədər xeyri dəyməyən insanlar onun məhv olması üçün əllərindən gələni edirlər.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Dəfələrlə aidiyyatı qurumlara əlimizdə hər cür sübut və materialımız ola ola şikayət ünvanlamağımıza baxmayaraq heç bir ciddi tədbir görülməmişdir. Vasif müəllim bu gün hal hazırda yenə işinin başındadır, ölkəni çapıb talamaq ilə məşğuldur.
Yazıb sizdən xahiş edirik ki, Vasif adlı şəxs və onun qanunsuz biznesi barəsində ciddi araşdırma aparıb, lazımi tədbirləri görəsiniz.
Vasif və onun kimi insanlara öz layiq olduqları cəza verilməlidir.