
Ölkə / Cəmiyyət
Bu gün, 14:51
575
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu
Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.



