
Siyasət
13-01-2025, 14:38
16
Rusiya ilə İran arasında bağlanacaq strateji müqavilənin DETALLARI - 47 maddə var

Səfər zamanı iki ölkə arasında starteji əməkdaşlıq müqaviləsi imzalanacaq.
İranın Rusiyadakı səfiri Kazım Cəlali müqavilənin detallarını açıqlayıb.
“İran və Rusiya Federasiyası arasında strateji hərtərəfli əməkdaşlıq müqaviləsi 47 maddədən ibarətdir və ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir”, - səfirin sözlərini “RİA Novosti” sitat gətirib.
“Bu saziş giriş hissəsindən və 47 maddədən ibarətdir. Onun imzalanması və həyata keçirilməsi ilə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın səviyyəsi xeyli yüksələcək”, - deyə Cəlali qeyd edib.