Müharibə bitməyəcək: ABŞ və İsrail arasında nəhəng silah müqaviləsi imzalandı
26-01-2024, 14:33
44

Müharibə bitməyəcək: ABŞ və İsrail arasında nəhəng silah müqaviləsi imzalandı






İsrail mediası ABŞ və İsrailin Təl-Əvivə çoxlu sayda F-35 və F15 AI təyyarələri və "Apache" döyüş helikopterlərinin tədarükünü əhatə edən böyük silah müqaviləsi imzaladığını açıqlayıb.

Publika.az xəbər verir ki, İsraildə yayımlanan “Kanal 12” televiziyası Vaşinqtonla razılaşmada iştirak edən İsrail Müdafiə Nazirliyi rəsmilərinin bu sözlərini sitat gətirib:

“Qəzza zolağında davam edən müharibə zamanı ABŞ və İsrail arasında silah müqaviləsi imzalanıb. Yaxın bir neçə gün ərzində İsrail ordusuna üç yeni eskadrilya və minlərlə sursat veriləcək”.

Rəsmilər Qəzzada müharibənin və şimalda Livan "Hizbullah"ı ilə toqquşmaların davam etdiyi bir vaxtda imzalanan müqavilənin qeyri-adi dərəcədə böyük olduğunu bildirib.

Oxşar xəbərlər