Azərbaycan Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 18-ci iclası keçirilib.
İclasa Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Qalina Karelova həmsədrlik ediblər.
Tədbiri açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan və Rusiya arasında parlamentlərarası əlaqələrin dinamik inkişafından söz açıb, Milli Məclisin Rusiya Federasiyası subyektləri ilə də parlament əlaqələrinin dərinləşməsinə böyük əhəmiyyət verdiyini deyib, parlamentarilərimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunub. O, Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsindən bəhs edərək, hər iki ölkənin qanunvericilik orqanlarının bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan və Rusiya arasında ikitərəfli parlamentlərarası komissiyanın həmsədri Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyət barədə də məlumat verib. O, bildirib ki, Azərbaycan Üçtərəfli Bəyannamənin bütün şərtlərinə əməl edib, lakin Ermənistan bu bəyannamə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
İclasda Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Qalina Karelova çıxışında bildirib ki, Azərbaycan Rusiya üçün dost və strateji tərəfdaş ölkədir. Hazırda ölkələrimiz arasında mövcud olan parlamentlərarası əməkdaşlıq, iqtisadi və humanitar əlaqələr bir çox məsələlərin həlli baxımından əhəmiyyət kəsb edir. Qalina Karelova vurğulayıb ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasınınn 30 ili tamam olur. Dostluğa söykənən Rusiya-Azərbaycan münasibətləri bundan sonra da güclənib inkişaf edəcək.
Sonra iclasın gündəliyində olan məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib..
İclasda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan-Rusiya münasibətlərindən danışıb.
Görüşdə Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvü Mixail Zabelin, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxış edərək Azərbaycan-Rusiya əməkdaşlıq münasibətləri, iqtisadi sahədəki perspektivlər, ölkələrimiz arasında ticarət, tikinti və kənd təsərrüfatı sahəsində tərəfdaşlıq və digər məsələlər barədə danışıblar.
Rusiya Dövlət Dumasının deputatı Kazbek Taysayev çıxışında 2023-cü ilin Heydər Əliyev ili olduğunu söyləyərək bununla bağlı Rusiyanın bir çox şəhər və bölgələrində tədbirlərin keçiriləciyini bildirib. Daha sonra o, Ermənistana etdiyi son səfərindən bəhs edib. Həmçinin, Dövlət Dumasının Elm və Təhsil komitəsinin sədri Sergey Kabışov iclasa onlayn qoşularaq ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq barədə fikilərini bölüşüb.
Daha sonra iclasda Milli Məclisin deputatı Emin Hacıyev, Rusiya tərəfdən isə İlyas Umaxanov, Aleksandr Başkin, Anatoliy Artamonov, İnna Svyatenko və Dmitriy Savelyev çıxış edərək Azərbaycan-Rusiya münasibətlərinə dair qeyd və təkliflərini səsləndiriblər.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 18-ci iclası başa çatıb.
İclasda Milli Məclisin deputatları Ağalar Vəliyev, Azər Badamov, Rasim Musabəyov, Arzu Nağıyev, Malik Həsənov, Sevinc Hüseynova və digər rəsmi şəxslər iştirak ediblər.

Siyasət
22-11-2022, 20:02
234
Azərbaycan və Rusiya parlamentlərarası komissiyasının iclası keçirildi

Oxşar xəbərlər
Son Xəbərlər
-
Deputat təklif etdi: “Valideyn maaşı” verilsin
-
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
-
Rusiya Türkiyə şirkətinə məxsus gəmiyə hücum etdi - 5 ölü
-
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
-
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
-
“Qızıl top”a namizədlərin əmsalları yeniləndi - Lider kimdir?
-
İzmit bələdiyyəsində əməliyyat: Sədr və həyat yoldaşı saxlanıldı
-
Xəzər Boru Kəməri Konsorsiumunun terminalı yenə də vuruldu
-
Ukrayna Rusiyaya qarşı “ikinci cəbhə”ni açır - Fransa dəstək verir
-
Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır
-
Son 25 ilin ən bahalı metalının ADI AÇIQLANDI
-
Təhsilə ən çox hansı ölkələr pul xərcləyir? - Təəccübləndirən adlar
-
Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər
-
Venesuelada ölənlərin sayı sürətlə artır
-
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
-
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
-
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
-
Süni intellektlə həyata keçirilən kiberhücumlar artır
-
"Coca-Cola"-nın sirri: Dünyanın ən məşhur içkisi necə narkotik tərkibli "dərman" kimi yaranıb?" - "Space Daily"
-
Növbəti genişmiqyaslı zərbələr dalğası - İranın hərbi infrastrukturu vuruldu
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
-
Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
-
Trampı öldürənə 10 milyon dollar verəcəklər
-
Leyla Əliyeva "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak etdi
-
Müctəba Xameneinin ictimaiyyət qarşısına niyə çıxmadığı açıqlandı
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
-
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
-
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
-
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Deputat təklif etdi: “Valideyn maaşı” verilsin
13:05 -
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
13:04 -
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
13:02 -
Rusiya Türkiyə şirkətinə məxsus gəmiyə hücum etdi - 5 ölü
13:03 -
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
13:01
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
17:00 -
Deputat təklif etdi: “Valideyn maaşı” verilsin
13:05 -
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
16:56 -
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
16:59 -
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
17:05

17:05 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -