İran bu il Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacaq
12-07-2022, 08:47
71

İran bu il Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacaq

İran bu il Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacaq.
 
Bu barədə Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov bildirib. 
 
Onun sözlərinə görə, müvafiq memorandum sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitdə imzalanacaq.
 
“Bu il Özbəkistanın sədrliyi çərçivəsində İran ŞƏT-ə üzv qəbul olunacaq. Səmərqənddə İranın ŞƏT üzvü kimi öhdəlikləri haqqında memorandum da imzalanacaq", - Norov Moskvada keçirilən dəyirmi masada deyib.
 
Hazırda ŞƏT-ə üzv ölkələr aşağıdakılardır: Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan. İran Əfqanıstan, Belarus və Monqolustanla birlikdə ŞƏT-də müşahidəçi dövlət statusuna malikdir.

Oxşar xəbərlər