Şəmkir rayon ərazisində arxın üzərində yerləşən heyvan kəsimi məntəqəsində bir çox qanunsuz hallar aşkar edilmişdir
22-05-2024, 13:49
130

Şəmkir rayon ərazisində arxın üzərində yerləşən heyvan kəsimi məntəqəsində bir çox qanunsuz hallar aşkar edilmişdir

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəmkir rayon ərazisində arxın üzərində yerləşən heyvan kəsimi məntəqəsində bir çox qanunsuz hallar aşkar edilmişdir. Məsələyə aydınlıq gətirmək üçün Baş direktorumuz Qurban müəllim özü birbaşa sözügedən ünvana yollanmışdır. Araşdırma zamanı məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş.

Belə ki, arxın üzərində yerləşən məntəqənin kanalizasiya sistemi yoxdur. İşçiləri geyimlərdən istifadə etmir, antisanitariya qaydalarına riayət etmirlər.

Vətəndaşların əkin sahəsi üçün istifadə etdiyi arxın suyu bu gün çirkləndirir. Arxın suyundan əkin sahələrinin suvarılmasından başqa hər iş üçün istifadə olunur. Kimi içində qarın yuyur, kimi heyvan.

Baş direktorumuz Qurban müəllim məsələ ilə bağlı özü birbaşa Şəmkir Suvarma Sistemləri idarəsinin rəisi Etibar Nəbiyevə şikayət ünvanlamışdır.

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Yazıb xahiş edirik ki, tezliklə bu qanunsuz əməllərin qarşısı alınsın.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər