
Gəncə şəhər DYPŞ-nin rəisi Eldəniz Həsənov vəzifəsinin öhtəsindən layiqincə gəlir
Bu gün haqqında söhbət açacağımız növbəti ziyalı insan Eldəniz Həsənovdur.
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Eldəniz Həsənov Gəncə şəhər DYPŞ-nin rəisi vəzifəsinə təyin edilib. O, buna qədər Göygöl DYPB-nin rəisi olub.
Eldəniz müəllim hər zaman dövlətə - dövlətçiliyə, xalqa -millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki, bu tendensiya bu gündə davam edir.
O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Biz də təcrübəli bir KİV rəhbəri kimi hər zaman belə sadə, xeyirxah insanlarla qürur duymuşuq, fəxr etmişik.
Bütün iştirak etdiyi tədbirlərdə dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur. Əl tutduğu, kömək etdiyi insanların sayı hesabı yoxdur. Şəhid və qazi ailələrinə hər zaman maddi və mənəvi dəstək olur.
44 günlük Vətən müharibəsində ordumuza, əsgərlərimizə əlindən gəldiyi qədər köməklik etmişdir.
Redaksiya olaraq uzun illərdir artıq Eldəniz müəllimi yaxından tanıyırıq.
Bu gün sosial şəbəkələrdə Eldəniz müəllimə və onun fəaliyyətinə bəzi insanlar tərəfindən qarayaxma kompaniyası keçirilir. Onun ünvanına söylənən sözlərin yalan olduğunu təsdiqləyir, Eldəniz müəllimin necə düzgün bir insan olduğuna yaxşı bələd olduğumuzu bildirmək istəyirik.
Biz də bu çətin bir o qədər də məsuliyyətli yolda Eldəniz müəllimə gələcək işlərində uğur və müvəffəqiyyətlər arzulayırıq.
2023-cü il “Heydər Əliyev” ili münasibətilə səmimi qəlbdən təbrik edirik.