Manaf müəllim hər zaman dövlətə - dövlətçiliyə, sədaqətlə xidmət etmişdir
30-05-2023, 14:44
67

Manaf müəllim hər zaman dövlətə - dövlətçiliyə, sədaqətlə xidmət etmişdir

Bu gün haqqında söz açmaq istədiyimiz növbəti xeyirxah, səmimi insanlardan biri də Manaf Ağayevdir.


Manaf Ağayev 24 aprel 1964-cü ildə Füzuli rayonunun Şıxlı kəndində anadan olub. Orta təhsilini Füzuli rayonunda alıb. 1982–84-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub.


1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin "Mədəni-Maarif" fakültəsinə daxil olur. İlk albomunu 1996-cı ildə çıxarıb
2009-cu ildə "Toylar Kralı" yarışmasının qalibi olub. Evlidir, 3 övladı var.


Manaf müəllim hər zaman dövlətə - dövlətçiliyə, xalqa -millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki, bu tendensiya bu gündə davam edir. 


O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!


Yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!


Biz də təcrübəli bir KİV rəhbəri kimi hər zaman  belə sadə, xeyirxah insanlarla qürur duymuşuq, fəxr etmişik.
Bütün iştirak etdiyi  tədbirlərdə dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur. Əl tutduğu, kömək etdiyi insanların sayı hesabı yoxdur. Şəhid və qazi ailələrinə hər zaman maddi və mənəvi dəstək olur. 44 günlük Vətən müharibəsində ordumuza, əsgərlərimizə əlindən gəldiyi qədər köməklik etmişdir. 


Biz də bu çətin həyat yolunda Manaf müəllimə gələcək işlərində uğur və müvəffəqiyyətlər arzulayırıq. 


2023-cü il “Heydər Əliyev” ili münasibətilə səmimi qəlbdən təbrik edirik. 

Oxşar xəbərlər