Dövlət və dövlətçiliyimizə verdiyi töhfələrə göre Nəbi müəllimə təşəkkür edir, ona işlərində uğur və müvəffəqiyyətlər arzu edirik
23-05-2023, 18:52
51

Dövlət və dövlətçiliyimizə verdiyi töhfələrə göre Nəbi müəllimə təşəkkür edir, ona işlərində uğur və müvəffəqiyyətlər arzu edirik

Bu gün haqqında danışacağımız şəxs  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İsgəndərovdur.


Nəbi müəllim peşəkarlığı və insanlara göstərdiyi qayğıkeşliyi, hörməti ilə seçilən insandır.


Vəzifəyə yiyələndiyi gündən Nəbi müəllim işini layiqincə yerini yetirir.  Əl tutduğu, kömək etdiyi hər kəsin böyük hörmət və rəğbətini qazanan uca insanlardandır.
Öz işgüzarlığı, işində qazandığı uğur və nailiyyətləri ilə tanınır və sevilir.


Nəbi müəllim hər daim Prezident İlham Əliyevdən nümunə götürür. O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə həmçinin yüksək peşəkarlıqla icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! Nəbi müəllimin həyat yoluna nəzər salanda görürük ki, o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş, həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır. Həmişə şəhid və qazi ailələrinə Maddi və mənəvi dəstək olmuş, problemlərini əlindən gəldiyi qədər həll etmişdir.44 günlük Vətən müharibəsində ordumuza yardımlar etmiş, əsgərlərimizə dəstək olmuşdur. Pandemiya dövründə neçə-neçə imkansız ailəyə əl tutmuşdur. 


Biz də redaksiya olaraq bu çətin, məsuliyyətli və bir o qədərdə şərəfli işdə Nəbi müəllimə və bütün kollektivinə gələcək işlərində uğur və müvəffəqiyyətlər arzulayırıq. 


2023-cü il “Heydər Əliyev” ili münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun və sağlam ömür arzu edirik. 

Oxşar xəbərlər