Gözəl insan, öz işinin peşəkarı İslam Həkimə fəaliyyətində daima uğurlar diləyirik
9-12-2023, 13:19
61

Gözəl insan, öz işinin peşəkarı İslam Həkimə fəaliyyətində daima uğurlar diləyirik

Stomatologiya hazırda tibbin ən çox inkişaf etmiş istiqamətlərindən sayılır. Yeni texnologiyalar bu sahədə də bəşəriyyəti təəccübləndirməkdə davam edir. Dişlərin müayinə və müalicəsi, gigiyenası ilə bağlı yeni-yeni vasitələr ortaya çıxır. Eyni zamanda stomatoloji klinikaların, fərdi həkim kabinetlərinin sayı artır. Stomatoloji xidmətlər əhali üçün daha əlçatan olur. Beləliklə, həyat və sağlamlığımızda çox mühüm rol oynayan dişlərlə bağlı narahatlıqlar azalır.

Amma orası da var ki, yeni texnologiyalar peşəkarlıqla birləşib vəhdət təşkil edəndə yüksək nəticə verir. Əgər yenilikləri öz işində tətbiq edən mütəxəssis sənətinin incəliklərini dərindən bilməsə, onda texnologiyaların imkanlarından da lazımi şəkildə faydalanmağı bacarmayacaq. Həkimin savadı, təcrübəsi, yüksək səriştəsi, hər bir pasiyentə fərdi yanaşması, ən mühümü isə sənətinə sevgisi bütün dövrlərdə olduğu kimi, yenə mühüm şərtdir. Sevindiricidir ki, cavan nəsil stomatoloqlarımız arasında belələri çoxdur.

Öz peşəsinin ustadı olan, müqəddəs həkimlik adını daima uca tutan diş həkimlərimizdən biri də Sabirabad rayonunda fəaliyyət göstərən İslam həkimdir. Bəli, nüfuz sahibi olan ziyalı, peşəkar həkim, təqdirəlayiq – şərəfli xidmətləri ilə əhalinin hörmətini qazanan həkim – stomatoloq  sözün əsl mənasında ən yüksək təltifə ən yüksək təltifə layiqdir və bu təltifi artıq o, əldə etmişdir. O təltif İslam həkimin xalq tərəfindən əldə etdiyi ehtiram və inamdır.

O, bu sənəti qəlbinin hökmü ilə seçmişdi. İndi də  göründüyü kimi, bu sahədə təsadüfi şəxs deyil. Onun çox gənc yaşlarından sənətində əldə etdiyi uğurların təməlində məhz peşəyə sevgisi durur. İslam həkim daim öz peşəkarlığını inkişaf etdirir. Cavan olmasına baxmayaraq öz dəstxəti, fikri və təşəbbüsü olan həkimdir. Yenilikləri diqqətlə izləyib, gündəlik işinə gətirir. Bütün gücü ilə çalışır ki, pasiyentlərinin dişlərlə bağlı heç bir problemi qalmasın. Nəcib davranışı, yüksək mədəniyyəti, sadəliyi, təvazökarlığı, insanlara diqqəti, qayğı və məhəbbətilə bütün xəstələrinin, hətta onu tanıyanların hörmətini qazanıb. Belə bir münasibət çox vaxt dostluğa çevrilib.

Sözün əsl mənasında hippokrat andına sadiq həkim İslam həkimə bütün ziyalı təbəqə, Media nümayəndələri və xalqımız adından dərin minnətdarlığımızı bildirərək, Uca Tanrıdan həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik.

Oxşar xəbərlər