Ölkə / Cəmiyyət
25-11-2023, 14:57
171
Dövlətin qanunlarını heçə sayan 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəbiyev Vasif barəsində aidiyyatı qurumlar niyə ciddi bir tədbir görmürlər?
Vəzifəyə gəldiyi ilk gündən fəaliyyətində ciddi nöqsanların olduğu deyilən 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəbiyev Vasif rayonun meşə təsərrüfatını hara aparır? Dövlətin qanunlarını heçə sayan bu şəxs barəsində niyə aidiyyatı qurumlar ciddi bir tədbir görmürlər?
Vasif Nəbiyev sayəsində bu gün Gədəbəy və Şəmkir meşələrinin taleyi böyük təhlükə altındadır. Həmçinin bu şəxs öz işinə məsuliyyətsiz yanaşır, yalnız və yalnız öz cibini doldurmaqla məşğuldur. Təəssüflər olsun ki, bu boyda qanunsuzluğa gözün üstə qaşın var deyəndə yoxdur.
Bir çox qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilir. Belə davam edərsə, qısa müddətdən sonra zəngin flora və faunaya malik təbiətimizin meşələri ancaq kədərli xatirəyə çevriləcək. Ekologiya və onun qorunmasına görə daima islahatlar keçirən bir ölkənin ekologiyası bu vəziyyətdə olmamalıdır.
Rayon sakinlərinin sözlərinə görə, Vasif Nəbiyev müəssisəyə direktor təyin olunandan sonra Şəmkir və Gədəbəy rayonlarında bərpa və meşəsalma işləri sahəsində durğunluq yaranıb. Son illərdə rayonun meşə massivləri amansızcasına məhv edilib. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara şikayət etsək də, bir nəticəsi olmayıb. Rayonun meşələrindəki ağaclar emal müəssisələri üçün əsl xammal bazasına çevrilib.
Redaksiya olaraq biz özümüz belə dəfələrlə aidiyyatı qurumlara müraciət ünvanlamışıq, lakin heç bir tədbir görülməyib. Vasif müəllim bu gün yenə öz qanunsuz əməlləri ilə məşğuldur.
Məsələ ilə bağlı üzümüzü tuturuq yenə aidiyyatı qurumlara, həmçinin bütün güc strukturlarına.
Yazıb sizdən xahiş edirik ki, Vasif adlı şəxs və onun qanunsuz biznesi barəsində araşdırma aparıb, lazımi tədbirlər görəsiniz. Vasif və onun kimi insanlara öz layiq olduqları cəza verilməlidir.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.