Fəaliyyətində ciddi nöqsanların olduğu deyilən 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəbiyev Vasif rayonun meşə təsərrüfatını hara aparır
30-10-2023, 10:52
21

Fəaliyyətində ciddi nöqsanların olduğu deyilən 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəbiyev Vasif rayonun meşə təsərrüfatını hara aparır

Fəaliyyətində ciddi nöqsanların olduğu deyilən 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəbiyev Vasif rayonun meşə təsərrüfatını hara aparır? 

Məlum olduğu kimi, son illər respublikanın əksər bölgələrində ölkə rəhbərliyi tərəfindən meşəçilik və meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

Məqsəd meşələrin münbitliyini və məhsuldarlığını artırmaq, həmçinin ağacların qorunması, meşə fondu torpaqlarından daha səmərəli istifadə etmək, meşələrin və ağacların ətraf mühitə müsbət təsirini və qoruyucu funksiyalarını yüksəltməkdən ibarətdir. Meşə təsərrüfatına ziyan vuran şəxslər qanunvericilik səviyyəsində cəzalandırılır. Lakin buna baxmayaraq, bəzi rayonlarımızda meşələr və ağaclar kütləvi surətdə məhv edilir. Əksər hallarda isə meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbər şəxsləri "yaşıl soyqırım"a göz yumurlar. 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəbiyev Vasifin də əməlləri müsbət qiymətləndirilmir.

Rayon sakinlərinin sözlərinə görə, Vasif Nəbiyev müəssisəyə direktor təyin olunandan sonra Şəmkir və Gədəbəy rayonlarında bərpa və meşəsalma işləri sahəsində durğunluq yaranıb. Son illərdə rayonun meşə massivləri amansızcasına məhv edilib. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara şikayət etsək də, bir nəticəsi olmayıb. Rayonun meşələrindəki ağaclar emal müəssisələri üçün əsl xammal bazasına çevrilib.

14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasif Nəbiyevin qeyri-qənatbəxş fəaliyyəti, qanunsuz əməlləri nəticəsində bu gün Gədəbəy və Şəmkir meşələrinin taleyi böyük təhlükə altındadır. Bir çox qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilir. Belə davam edərsə, qısa müddətdən sonra zəngin flora və faunaya malik təbiətimizin meşələri ancaq kədərli xatirəyə çevriləcək.

Meşələrin, ağacların mühafizəsinə, qorunmasına bilavasitə məsuliyyət daşıyan 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasif Nəbiyev üzərinə düşən vəzifələri layiqincə icra edə bilmir". Məlumatlı mənbənin bildirdiyinə əsasən, Vasif müəllim direktor təyin olunduqdan sonra yalnız və yalnız öz maraqları üçün çalışmağa başlayıb.

Dəfələrlə aidiyyatı qurumlara şikayət etməyimizə baxmayaraq bu gün də Vasif müəllimin qanunsuz ağacları kəsmə biznesi hələdə öz axarında davam edir. Bu insana bir dur deyən yoxdurmu?
Ətraf mühitin qorunmasına görə daim islahatlar keçirən bir ölkənin ekologiyası bu vəziyyətdə olmamalıdır. Təbiətə zərrə qədər xeyri dəyməyən insanlar onun məhv olması üçün əllərindən gələni edirlər. 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Yazıb sizdən xahiş edirik ki, Vasif adlı şəxs və onun qanunsuz biznesi barəsində araşdırma aparıb, lazımi tədbirlər görəsiniz. Vasif və onun kimi insanlara öz layiq olduqları cəza verilməlidir.

Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.













Oxşar xəbərlər