Rəşad müəllimə təhsilimizə, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik
18-09-2023, 17:00
31

Rəşad müəllimə təhsilimizə, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik


Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır, elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır? Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır. 
Haqqında bəhs etdiyimiz Salyan rayon Icra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov da məhz sadaladığımız hər bir göstəriciləri özündə cəmləşdirən vəzifə sahibidir. 
Bir müddət bundan öncə Rəşad müəllimin fəaliyyət göstərdiyi ərazidə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, o, üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ələlxüsus sadə sakinlərin yanında olan şəxsdir. Bu kimi göstəriciləri özündə cəmləşdirən, həyata keçirdiyi müdrik idarəçiliyin varlığı səbəbindən kənd sakinlərinin rəğbət hissini qazanan Rəşad müəllim hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir.
O, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Rəşad müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Rəşad müəllimin həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır. O ,hər zaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə insanlarımızla qürur duymuşuq , fəxr etmişik.
Bizdə hörmətli Rəşad müəllimə təhsilimizə, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər