Düzgün idarəçilik və rəhbərlik hər kəsə başucalığı gətirir
10-06-2023, 13:40
105

Düzgün idarəçilik və rəhbərlik hər kəsə başucalığı gətirir

Avtomobil yollarının və onlarla əlaqədar mühəndisi qurğuların layihələndirilməsi, tikilməsi, istifadəsi və ən əsası yolların, yol kənarlarının yaşıllaşdırılması, ağacların əkilməsi, əkilən ağaclara qulluq olunması və s. hamısı Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin üzərinə düşür. 

Bu gün haqqında söz açacağımız şəxs Çıraqov Nizami müəllimdir.

“Azəravtoyol” ASC-nin 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşması və Ekologiya MMC-nin direktoru Nizami Çıraqovdur.

Nizami müəllim həm də Göygöl rayon YAP üzvüdür. 
Nizami müəllim peşəkarlığı və insanlara göstərdiyi qayğıkeşliyi, hörməti ilə seçilən insandır.

Vəzifəyə yiyələndiyi gündən Nizami mülayiqincə yerini yetirir. Nizami Çıraqov el tutduğu, kömək etdiyi hər kəsin böyük hörmət və rəğbətini qazanan uca insanlardandır.
Nizami müəllim öz işgüzarlığı, işində qazandığı uğur və nailiyyətləri ilə tanınır.

Nizami məllim bu işin müqəddəsliyini qoruyub saxlayır, vəzifəsini şərəflə, vicdanla icra edir. Ümummilli liderimiz Heydər Əliyevin sevgisini hər daim qəlbində daşıyır. Doğum günü, anım günü və başqa xüsusi günlərdə hər daim Ümummilli liderimizin məzarını ziyarət edir. Bu münasibətlə keçirilən tədbirlərdə canla-başla iştirak edir. 
İşgüzar fəaliyyəti ilə yerli sakinlərə göstərdiyi diqqət və qayğı artdıqca, hər kəsin Nizami Çıraqov qarşı münasibəti də artmaqda davam edir.

Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır, elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır?

Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır.

Haqqında bəhs etdiyimiz “Azəravtoyol” ASC-nin 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşması və Ekologiya MMC-nin direktoru Nizami Çıraqov da, məhz sadaladığımız belə bir göstəriciləri özündə cəmləşdirən vəzifə sahibidir. Bir müddət bundan öncə adı çəkilən kənddə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, Nizami Çıraqov üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ən əsası sadə sakinlərin yanında olan şəxsdir.

Bu kimi göstəriciləri özündə cəmləşdirən, həyata keçirdiyi müdrik idarəçiliyin varlığı səbəbindən kənd sakinlərinin rəğbət hissini qazanan “Azəravtoyol” ASC-nin 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşması və Ekologiya MMC-nin direktoru adı, hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir.

Oxşar xəbərlər