Salyan rayon Icra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov öz işinin öhdəsindən layiqincə gəlir
29-12-2023, 10:11
90

Salyan rayon Icra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov öz işinin öhdəsindən layiqincə gəlir


Zaman tarixi şəxsiyyətlər, böyük xeyriyyəçilər, dahi insanlar yetişdirir. Bu böyük şəxsiyyətlər həyatlarını xalqının və dövlətinin inkişfına xidmət üzərində qururlar. Belə şəxsiyyətlər illər əsrləri əvəz etsə də heç zaman unudulmurlar. Hər zaman insanların yadddaşında, ürəklərində yaşayırlar.


Bu gün haqqında söhbət açacağımız növbəti ziyalı insan Salyan rayon Icra Hakimiyyətinin müavini Cəbrayılov Rəşad Yasər oğludur.


Rəşad müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. 


Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.


Hər kəsə bəllidir ki, o, yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. 


O, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. 


Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Rəşad müəllim elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. 


Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Rəşad müəllimə və onun bütün kollektivinə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.


 Həmçinin qarşıdan gələn 31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

Oxşar xəbərlər