Göygöl rayon Baş Polis idarəsinin rəisi Nəsirov Zaur Zakir oğlu işinin öhtəsindən layiqincə gəlir
14-06-2023, 14:12
332

Göygöl rayon Baş Polis idarəsinin rəisi Nəsirov Zaur Zakir oğlu işinin öhtəsindən layiqincə gəlir

Bu gün haqqında söhbət açacağımız növbəti ziyalı insan Göygöl rayon Baş Polis idarəsinin rəisi Nəsirov Zaur Zakir oğludur.

Zaur müəllim peşəkarlığı və insanlara göstərdiyi qayğıkeşliyi, hörməti ilə seçilən insandır.

Vəzifəyə yiyələndiyi gündən Zaur müəllim üzərinə düşən öhdəlikləri layiqincə yerini yetirir. Həmçinin Zaur müəllim əl tutduğu, kömək etdiyi hər kəsin böyük hörmət və rəğbətini qazanan uca insanlardandır.

O, öz işgüzarlığı, işində qazandığı uğur və nailiyyətləri ilə tanınır.

Həmçinin bu işin müqəddəsliyini qoruyub saxlayır, vəzifəsini şərəflə, vicdanla icra edir. Ümummilli liderimiz Heydər Əliyevin sevgisini hər daim qəlbində daşıyır.

Doğum günü, anım günü və başqa xüsusi günlərdə hər daim Ümummilli liderimizin məzarını ziyarət edir. Bu münasibətlə keçirilən tədbirlərdə canla-başla iştirak edir. 

İşgüzar fəaliyyəti ilə yerli sakinlərə göstərdiyi diqqət və qayğı artdıqca, hər kəsin Zaur müəllimə qarşı münasibəti də artmaqda davam edir.

Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur.

Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır, elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır? Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil.

Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır.

Haqqında bəhs etdiyimiz Nəsirov Zaur Zakir oğlu da məhz sadaladığımız belə bir göstəriciləri özündə cəmləşdirən dövlət məmurudur. O, üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ən əsası sadə sakinlərin yanında olan şəxsdir. Adı hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir.

Bu gün Zaur müəllimin adı böyük bir fəxr hissi ilə çəkilir. 
Bizdə öz növbəmizdə redaksiyamız adından Zaur müəllimi işini vicdan və böyük məsuliyyət hissi ilə icra etdiyi üçün təşəkkür edir, ona gələcək işlərində uğurlar arzulayırıq. 

Oxşar xəbərlər