Bakıda 10 günlük körpəsini zibilliyə atan şəxs kimdir?
18-07-2023, 12:38
26

Bakıda 10 günlük körpəsini zibilliyə atan şəxs kimdir?




Bakıda zibil yeşiyində aşkarlanan körpənin anası müəyyənləşib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib.

Hazırda həmin şəxs barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

xxx

Bakıda 10-15 günlük körpə küçəyə atılıb.

Publika.az report-a istinadla xəbər verir ki, iyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib.

Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib.

Körpənin bədəninin üzərində hər hansı xəsarət izləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər