Polis bu qızı axtarır - FOTO
17-02-2023, 14:19
55

Polis bu qızı axtarır - FOTO




Bakıda 20 yaşlı qadın itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək yanvarın 24-ü saat 14:00 radələrində qızı 2003-cü il təvəllüdlü Əfsanənin yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək qayıtmayıb: "İtkin düşən şəxsin əlamətləri: boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara. Əfsanə evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara cins və qara idman ayaqqabısı olub. Bu şəxs barəsində hər hansı bir məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050-257-55-55 012-590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur".

Oxşar xəbərlər