
Hadisə
3-03-2023, 11:43
125
Bakıda gənc qız itkin düşüb

Bakıda gənc qız itkin düşüb. Oxu24.com-un xəbərinə görə, hadisə martın 1-də Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü Rüstəmova Şəhanə Həsən qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.