Ruhi-əsəb dispanserində qeydiyyatda olan 53 yaşlı kişi itkin düşüb
17-07-2023, 12:23
31

Ruhi-əsəb dispanserində qeydiyyatda olan 53 yaşlı kişi itkin düşüb


Sabunçu rayonu Balaxanı qəsəbəsi Həsən Əliyev küçəsində yaşayan 1970-ci il təvəllüdlü Qəhrəman Məmməd oğlu Məmmədov iyulun 14-də evdən çıxaraq itkin düşüb. 

Oxu.Az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu barədə onun yaxınları Sabunçu Rayon Polis İdarəsinin (RPŞ) 12-ci Polis Şöbəsinə müraciət ediblər.

Qəhrəman Məmmədov evdən çıxarkən əynində göy rəngli cins şalvar, yaşıl rəngli qısaqol köynək və qara rəngli ayaqqabı olub. Boyu 175 santimetr, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Q.Məmmədov arıq bədən quruluşludur. 

Yaxınlarının polisə verdiyi məlumata görə, itkin düşən şəxs ruhi-əsəb xəstəsidir və Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserində qeydiyyatdadır. 

Q.Məmmədovu tanıyanlar və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (012) 450-02-02 və (055) 805-93-93 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər