Masallı şəhər Bərdalan kənd peşə məktəbində Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin portretinə qarşı böyük hörmətsizlik olunub
16-06-2023, 17:12
119

Masallı şəhər Bərdalan kənd peşə məktəbində Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin portretinə qarşı böyük hörmətsizlik olunub



Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.

İndi isə gələk əsas məsələmizə. Masallı şəhər Bərdalan kənd peşə məktəbində Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin portretinə qarşı böyük hörmətsizlik olunub.

Məktəbin direktoru Məhərrəm Fətayevdir. Məhərrəm müəllimin rəhbərlik etdiyi təhsil ocağında Cənab Prezidentimiz İlham Əliyevin portreti baxımsız və olduqca pis vəziyyətdədir. Portretin ətrafı çirkdən görünməz hala düşüb. 

Beləki kadırdan da göründüyü  kimi sözügedən peşə məktəbində cənab Prezidentimiz İlham Əliyevin şəkilini başlarının üstündən asaraq ona səcdə etmək əvəzinə, onun şəklini bu vəziyyətə qoyurlar. Məgər onun sayəsində firavan həyata qovuşan Azərbaycan xalqının məmur övladı ona bu qədərmi hörmətsizlik etməlidi? Əsla yox. Çünkü bütün dünya Ilham Əliyev kimi uzaq görən, xalqını  millətini sevən siyasətçini əl- əl axtarır.

Bəs bizim Masalli şəhər, Bərdalan kənd peşə məktəbinin rəhbərlik və nümayəndələri, onun çörəyini yeyib,  axı niyə cənab Prezidentimizə qarşı bu qədər biganəlik göstərirlər.

Axı o, bizim xilaskarımızdır. Biz imkan vermərik ki, Məhərrəm müəllim və onun  kimilər Prezidentimizə qarşı hörmətsizlik edib onun şəklini belə hala salsınlar.Bu bizim yol verə biləcəyimiz hal deyil.

Biz dedik siz tədbir görün ay adiyyatı qurumlar. Məhərrəm Fətayev kimi işinin öhdəsindən layiqincə gələ bilməyən insanlar araşdırılmalı və haqqlarında ciddi bir tədbir görülməlidir. 

Mövzu ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər