Samux rayonu Qarayeri kənd məktəbində karantin qayadalarının pozulur – videofakt
1-05-2021, 12:32
413

Samux rayonu Qarayeri kənd məktəbində karantin qayadalarının pozulur – videofakt


Əziz oxucular!
“Kelbecertv.com” saytının əməkdaşları Samux rayonu Qarayeri kənd məktəbində karantin qayadalarının pozulması hallarına rast gəliblər. Belə ki, sözügedən məktəbin müəlliməsi dərs zamanı maska taxmır, 10-dan çox şagirdin yoluxmasına səbəb olan hala yol verir.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti Yanında təşkil edilmiş Operativ Qərargahın verdiyi müvafiq qərarlara görə ölkəmizdə 2 ildir hökm edən pandemiya şəraiti ilə əlaqədar qapalı məkanlarda, o cümlədən, təhsil ocaqlarında ara məsafəsi gözlənilməklə, maska taxılması məcburidir.
Bəs belə olan halda haqlı sual yaranır… Samux rayonu, Qarayeri kənd məktəbinin xanım müdirəsi Bəsti müəllimə niyə belə neqativ halların baş verməsinə imkan yaradır? Məgər ölkəmizdə hər gün bir neçə məktəbin koronavirus səbəbindən bağlanaraq distant təhsilə keçməsindən bu məktəbdə çalışan müəllimələrin xəbəri yoxdurmu?
Mövzunu diqqətimizdə saxlayacağıq.
Bizi izləyin…
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 

 
 Baxılıb: 208

Oxşar xəbərlər