Göyçay rayon Qarayazı kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin və Prezidentimiz cənab İlham Əliyevin portretinə qarşı böyük hörmətsizlik olunub
27-05-2023, 11:48
47

Göyçay rayon Qarayazı kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin və Prezidentimiz cənab İlham Əliyevin portretinə qarşı böyük hörmətsizlik olunub

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

İndi isə gələk əsas məsələmizə.  Göyçay rayon Qarayazı kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin portretinə qarşı böyük hörmətsizlik olunub. Məktəbin direktoru Həsən müəllimdir. Həsən müəllimin rəhbərlik etdiyi təhsil ocağında Ulu Öndərimizin və Cənab Prezidentimiz İlham Əliyevin portreti baxımsız və olduqca pis vəziyyətdədir. 

Tarixi şəxsiyyət, dünya liderlərinin  ən öndə olanlardan biri, ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVƏ qarşı bu cür  hörmətsizlik edilmişdir. Beləki kadırdan da göründüyü  kimi sözügedən idarədə dahi şəxsiyyətimizin şəkilini başlarının üstündən asaraq ona səcdə etmək əvəzinə, onun şəklini bu vəziyyətə qoyurlar. Məgər onun sayəsində firavan həyata qovuşan Azərbaycan xalqının məmur övladı ona bu qədərmi hörmətsizlik etməlidi? Əsla yox.Çünkü bütün dünya Heydər Əliyev kimi uzaq görən, xalqını  millətini sevən siyasətçini əl- əl axtarır. Bəs bizim Göyçay rayon Qarayazı kənd tam orta məktəbin rəhbərlik və nümayəndələri, onun çörəyini yeyib,  axı niyə dahi şəxsiyyətmizə və cənab Prezidentimizə qarşı bu qədər biganəlik göstərirlər.Axı o, bizim xilaskarımız və əbədi yaşar liderimizdir. Biz imkan vermərik ki, Həsən müəllim və onun  kimilər  ULU Öndərmizə qarşı hörmətsizlik edib onun şəklini belə hala salsınlar.Bu bizim yol verə biləcəyimiz hal deyil. Biz dedik siz tədbir görün adiyyatı qurumlar. 

Mövzu ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Oxşar xəbərlər