Daşkəsəndə karantin qaydalarını pozan “JURNALİST” PEYDA OLUB – video
19-04-2021, 13:56
84

Daşkəsəndə karantin qaydalarını pozan “JURNALİST” PEYDA OLUB – video

Əziz oxucular!
Daşkəsəndə orta məktəbdə məzun (vinetka) çəkilişi ilə məşğul olan sıradan fotoqraf, günün tələblərinə uyğun karantin qayadalarına məhəl qoymadan Operativ Qərargahın bütün qayda və karantin qaydalarını pozaraq, 20 nəfərədək şagirdi qapalı məkan (sinif otağına yığıb) foto çəkməklə məşğuldur. Özünə yaxınlaşıb etdiyi bu hərəkətin qayda pozuntusunu izah etdikdə isə maraqlı məqamla üzləşdik. Sən demə, bu fotoqraf “qara məni basınca, mən qaranı basım” əqidəsinə qulluq edir. Maska taxmadan, şagirdləri sinif otağına yığmaqla kütləvi yoluxmaya yol açan hərəkətini ört-basdır etmək üçün özünü Daşkəsən RİH-nin jurnalisti kimi təqdim etməkdən çəkinməyən bu şəxs “özünüzü təqdim edən sualımıza” nəinki jurnalist nitqinin səlisliyi, heç adi normal əqidəli insan kimi də cavab verə bilmədi. Yalandan əlinə bir mobil telefon nömrəsi yığıb sualımızdan, bizimlə üzbəüz gəlməkdən yayınan bu şəxsə kadrdan da göründüyü kimi, qarşı tərəf ərazidən getməsini məsləhət bilir.
Bu şəxsin kimliyini Daşkəsən RİH-də çalışıb-çalışmamasını, kimlərə güvənib şagirdləri kütləvi yoluxmaya sürükləyən addım atmasını araşdıracağıq.
Bizi izləyin…
Qarşı tərəfi də dinləməyə hazırıq.
Seymur Məmmədov,
“aztv.news”
 



Oxşar xəbərlər