Məscidin imamı səcdədə BIÇAQLANDI - HADİSƏ ANI
11-04-2023, 17:09
104

Məscidin imamı səcdədə BIÇAQLANDI - HADİSƏ ANI




ABŞ-da məscidin imamı namaz əsnasında bıçaqlanıb.
Hadisə ABŞ-ın Nyu-Cersi ştatındakı Ömər məscidində qeydə alınıb. İmam 65 yaşlı Seyid Əl-Nakib namaz qılan zaman bıçaqla hücuma məruz qalıb. Camaatın arasında gizlənən 32 yaşlı Şerif Zorba tərəfindən səcdədə olarkən bıçaqlanan imam Seynt-Josef Xəstəxanasına yerləşdirilib.
Məscidin təhlükəsizlik kamerasına əks olunan görüntülərdə təcavüzkarın səcdə halında camaatın üzərindən tullandığı, bıçağı ilə imamın kürəyinə zərbələr vurduğu və ona mane olmaq istəyənləri hədələdiyi əks olunub. Hücum edən şəxs məsciddən qaçmaq istəyərkən camaat tərəfindən tutularaq polisə təhvil verilib.

Oxşar xəbərlər