Bakıda xəstə yardıma gələn həkimə bıçaqla hücum etdi
19-01-2023, 14:52
32

Bakıda xəstə yardıma gələn həkimə bıçaqla hücum etdi




Bakıda çağırışa gedən təcili tibbi yardım briqadasının həkimi hücuma məruz qalıb. Hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Saat 04 radələrində qəsəbədə yerləşən 20 saylı Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Prosedura uyğun olaraq həkim briqadası çağırışın daxil olduğu R.Rzayev küçəsi bina 20 ünvanındakı mənzilə gedib. Bu zaman xəstə tibbi yardımdan imtina edərək həkimə hücum çəkib, onun üzərinə bıçaq çıxararaq evdən getməsini tələb edib.

Oxşar xəbərlər