Qlobal neft hasilatı rekord həddə yüksələcək - PROQNOZ
24-01-2023, 10:03
48

Qlobal neft hasilatı rekord həddə yüksələcək - PROQNOZ





Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal ortalama gündəlik neft hasilatı ilə bağlı 2023-cü il üzrə proqnozlarını artırıb.
Bu barədə "APA-Economics"dən xəbər verir.
Hesabata əsasən, 2023-cü ildə hasilatın rekord həddə - 101,1 mln. barelə yüksələcəyi gözlənilir.
Bundan əlavə, Agentlik 2022-ci il üçün qlobal gündəlik neft hasilatını 100,1 mln. barel səviyyəsində qiymətləndirib.
Dekabrda IEA 2022-ci ilin sonuna qədər qlobal gündəlik neft hasilatının 100 mln. barel səviyyəsində olacağını, 2023-cü ildə isə 100,8 mln. barelə qədər artacağını proqnozlaşdırırdı.
"2022-ci illə müqayisədə cüzi artıma baxmayaraq, 2023-cü ildəki artım ümumi neft hasilatını yenə də rekord həddə - gündə 101,1 mln. barelə çatdıracaq", - hesabatda qeyd olunur.

Oxşar xəbərlər