Azərbaycan Premyer Liqası: XXXII tur bir oyunla start götürür
27-04-2024, 07:56
33

Azərbaycan Premyer Liqası: XXXII tur bir oyunla start götürür




Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun görüşləri start götürəcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günü turnir cədvəlində qonşu olan komandalar - “Sabah” və “Səbail” kollektivləri qarşılaşacaqlar.

Krunoslav Renduliçin yetirmələri 46 xalla beşinci sırada qərarlaşıb. “Dənizçilər” isə 42 xalla altıncıdır.

Qeyd edək ki, turun digər matçları aprelin 28-i və 29-u tarixlərində baş tutacaq.

Oxşar xəbərlər