“Qarabağ” - “Neftçi” oyununun hakimləri açıqlandı
29-09-2022, 16:01
59

“Qarabağ” - “Neftçi” oyununun hakimləri açıqlandı

Misli Premyer Liqasında VIII turun təyinatları açıqlanıb.
 
Sabah start götürəcək turun oyunlarının hakimləri bəlli olub.
 
“Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbisinin ədalət təmsilçiləri də müəyyənləşib. Bu görüşü Rəvan Həmzəzadə idarə edəcək.
 
Qeyd edək ki, tutun matçları üç gün ərzində baş tutacaq.
 
Misli Premyer Liqası
VIII tur
30 sentyabr (cümə)

 
“Səbail” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”, 19:00
 
1 oktyabr (şənbə)
 
“Turan Tovuz” – “Zirə”
Hakimlər: 
Rauf Abdullayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ceyhun Haşımov
Tovuz şəhər stadionu, 15:30

“Qarabağ” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”, 18:00

2 oktyabr (bazar)
 
“Şamaxı” – “Sabah”

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Şamaxı şəhər stadionu, 15:30

“Sumqayıt” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
“Kapital Bank Arena”, 18:00

Oxşar xəbərlər