“Qarabağ” səfərdə “Nant”a uduzdu - YENİLƏNİB
28-10-2022, 10:11
52

“Qarabağ” səfərdə “Nant”a uduzdu - YENİLƏNİB

“Qarabağ” səfərdə “Nant”a uduzdu - YENİLƏNİB
“Qarabağ” klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
 
Turnirin qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdam komandası Fransada “Nant” klubunun qonağı olub.
 
"Bojuar" stadionunda oynanılan matç “Nant”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Danimarkalı baş hakim Yakob Kehletin idarə etdiyi oyunda “Qarabağ”ın heyətində Filip Ozobiç fərqlənib. Rəqib komandanın qollarını isə Ludovik Blas və İqnatius Qanaqo vurublar.
 
Qeyd edək ki, hesabında 7 xal olan Ağdam təmsilçisi G qrupunda ikinci pillədə yer alıb. “Nant” 6 xalla üçüncüdür. Qrupa 13 xalla Almaniyanın “Frayburq” klubu başçılıq edir. Yunanıstanın “Olimpiakos” klubu 2 xalla sonuncudur.

Oxşar xəbərlər