“Bizim üçün ağır zərbədir” - Messinin məğlubiyyət şərhi
22-11-2022, 20:00
75

“Bizim üçün ağır zərbədir” - Messinin məğlubiyyət şərhi

“Bizim üçün ağır zərbədir” - Messinin məğlubiyyət şərhi
"Bəhanəyə yer yoxdur. Biz həmişəkindən daha sıx birləşəcəyik. Komandamız güclüdür və bunu göstərdik".
 
Bunu Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
 
35 yaşlı məşhur futbolçu məğlubiyyəti gözləmədiklərini bildirib.
 
"Bizim üçün ağır zərbə oldu, amma əsl komanda olduğumuzu göstərməliyik", - Messi söyləyib.
 
Qeyd edək ki, Argentina yığmasının yeganə qolunu Lionel Messi vurub.

Oxşar xəbərlər