Məşhur futbolçu karyerasını bitirdi
28-09-2022, 08:31
63

Məşhur futbolçu karyerasını bitirdi

"Çelsi" klubunun sabiq futbolçusu Con Obi Mikel karyerasını bitirib.
35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında yazıb.
“Bütün yaxşı şeylərin sonu var. Peşəkar karyeram bu gün başa çatır. 20 illik fəaliyyətimdə əldə etdiklərimdən çox razıyam” - məşhur futbolçu bildirib.

Qeyd edək ki, Nigeriya millisinin sabiq üzvü 2006-2017-ci illərdə "Çelsi"də çıxış edib. O, "Midlsbro" "Stok Siti", "Trabzonspor"da da oynayıb.

Oxşar xəbərlər