Güləşçimiz dünya ikincisi oldu
24-10-2022, 09:55
60

Güləşçimiz dünya ikincisi oldu

Güləşçimiz dünya ikincisi oldu
Sərbəst güləşçimiz Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.
 
Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, çempionatda 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz startda kolumbiyalı Sebastyan Rodrigesə heç bir şans tanımayıb - 13:2. Yığmamızın üzvü səkkizdəbir finalda Şri-Lanka təmsilçisi Kusumsiri Palamureyə də vaxtından əvvəl qalib gəlib - 10:0. X.Qadjiyev ermənistanlı Hrayr Alixanyana 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Moldovalı Vasili Diakonu minimal fərqlə (4:3) üstələyən X.Qadjiyev adını finala yazdırıb.
 
Təmsilçimiz həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşıb və 2:5 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
 
Beləliklə, sərbəst güləş üzrə millimiz dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub.

Oxşar xəbərlər