Metronun "Avtovağzal" stansiyası işıqsız qaldı
14-11-2022, 15:54
50

Metronun "Avtovağzal" stansiyası işıqsız qaldı

Metronun
Metronun "Avtovağzal" stansiyasında işıqlandırmada problem yaranıb.
 
"Bakı Metropoliteni" QSC-dən  verilən məlumata görə, buna səbəb gərginlik düşməsi olub.
 
"Nəticədə "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb. 4 dəqiqədən sonra işıqlanma bərpa olunub. Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub".
 
Rəsmi məlumata görə, hazırda problem tam aradan qaldırılıb:
 
"Qatarlar interval üzrə hərəkət edir.Hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək".

Oxşar xəbərlər