Bu stansiyalara giriş yarım saat tez bağlanacaq - RƏSMİ
5-09-2022, 16:46
69

Bu stansiyalara giriş yarım saat tez bağlanacaq - RƏSMİ

Sentyabrın 6-dan oktyabrın 1-dək "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin stansiyaları girişə saat 23:30-da bağlanacaq.
 
Bu barədə  qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
 
B.Məmmədov qeyd edib ki, buna səbəb Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərə başlanılmasıdır:
 
"Bununla əlaqədar sentyabrın 6-dan oktyabr ayının 1-nə qədər saat 23:30-da Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq".

Oxşar xəbərlər